Eljas Otınşiyev "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Bu vəzifədə E.Otınşiyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə tutduğu vəzifədən azad edilmiş Talqat Aldıbergenovu əvəz edib.
Eljas Otınşiyev əmək fəaliyyətinə 2007-ci ildə "Ernst & Young" şirkətinin Moskva ofisində biznesin qiymətləndirilməsi və sövdələşmələrin müşayiəti departamentinin məsləhətçisi kimi başlayıb.
2009-cu ildən 2019-cu ilə qədər "Samruk-Kazına" SC-də və onun törəmə şirkətlərində çalışıb.
2024-cü ilin fevral ayından o, "Qazaxıstan Dəmir Yolları" SC-nin direktorlar şurasının üzvüdür.