Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 11-də Gürcüstana səfər edəcək.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
O deyib ki, D.Tusk 11-12 iyul tarixində Batumidə "Gürcüstanın Avropa yolu" adı altında keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.