Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) V qurultayı keçirilib.
"Report" xəbər verir ki, qurultayda baş nazir Əhməd Davudoğlu səsvermə yolu ilə yenidən AKP-nin sədri seçilib.
Partiyanın digər orqanlarının tərkibi də seçilib.
Qurultayda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanı təmsil edən nümayəndə heyəti iştirak edib.