“Prioritetlərimizdən biri tarixi İpək Yolunda ticarəti canlandırmaqdır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "Türk Dünyasına İnteqrasiya: Şimali Kiprin yeri və rolu" panelində çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün region dövlətləri səy göstərməlidir: “Türk dünyasında həmrəylik istiqamətində atılan addımlar Şimali Kipr üçün də bir fürsətdir”.
C.Yılmaz qeyd edib ki, Türkiyə Şimali Kiprə lazımi dəstəyi göstərir.