Qroznıda xüsusi əməliyyat keçirilib, 7 silahlı məhv edilib - VİDEO

Bakı. 18 dekabr. REPORT.AZ/ Çeçenistanın paytaxtı Qroznıda silahlı qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat keçirilib.

"Report" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri lideri Ramzan Kadırov məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı 7 silahlı məhv edilib. Daha 4 nəfər isə saxlanılıb. Onlardan 3-ü əməliyyat zamanı odlu silahdan açılan atəş zamanı yaralandığından xəstəxanaya yerləşdirilib. 

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50