Qırğızıstanda "Kara-Balta - Qlavnaya" elektrikötürücü xətdə qəza baş verib.
“Report”un Qırğızıstan KİV-lərinə istinadən verdiyi məlumatına görə, bu barədə Bişkek şəhərinin mer müavini Talaybek Bayqaziyev bildirib.
"İlkin məlumata görə, "Kara-Balta - Qlavnaya" xəttində qısaqapanma olub. Bu, “Qırğızıstan Milli Elektrik Şəbəkəsi”ndə ASC sistem qəzası idi. 220 kVt-lıq xətdə şəbəkə zədələnməsi var", - o qeyd edib.
T.Bayqaziyevin sözlərinə görə, Bişkek İstilik Elektrik Mərkəzində (İEM) hər şey qaydasındadır.
Daha əvvəl Qırğızıstan KİV-ləri qeyd etmişdi ki, Bişkekdə şəhər sakinləri elektrik enerjisinin kəsilməsindən şikayətlənirlər.