Fransa Gorusda konsulluq agentliyi açmağı planlaşdırır.
"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İrəvana səfəri çərçivəsində Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
"Ölkələrimiz arasında münasibətlər artıq stratejidir. Lakin biz bunu kağız üzərində təsbit etmək, artıq mövcud olan dərin münasibətlərə strateji tərəfdaşlıq səviyyəsi vermək niyyətindəyik", - o qeyd edib.
J.Barro bildirib ki, yaxın vaxtlarda Fransanın beynəlxalq əməkdaşlıq üzrə agentliyi olan “Expertise France” Ermənistanda öz nümayəndəliyini açacaq.