Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb

Ermənistanın Antikorrupsiya Komitəsi İrəvanda "Güclü Ermənistan"ın seçkiqabağı qərargahlarında aparılan axtarışlardan sonra 8 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası mlumat yayıb.

İstintaqın versiyasına görə, onlar seçkiqabağı rüşvət vermə və ya alma ilə əlaqədar saxlanılıblar. Başqa məlumat verilmir.

Əvvəllər komitə əməkdaşları "Çiçəklənən Ermənistan" partiyasının ofislərində aparılan axtarışlardan sonra 7 nəfəri saxlamışdılar.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49