ABŞ və Ermənistan nüvə enerjisi sahəsində saziş imzalayıblar

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Ermənistanın Baş naziri Nikol Paşinyan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların başa çatması haqqında birgə bəyanat imzalayıblar.

"Report" xəbər verir ki, sənəd Vensin Ermənistana səfəri çərçivəsində tərəflər arasında aparılan danışıqların yekunlarına əsasən imzalanıb.

Vensin sözlərinə görə, bu saziş hər iki ölkəyə fayda gətirəcək.

"Əməkdaşlıq potensialı ixrac çərçivəsində 5 milyard dollar, yanacaq və texniki xidmət sahəsində isə 4 milyard dollar həcmində qiymətləndirilir. Ermənistana kiçik modul reaktorlar tədarük ediləcək. Razılaşmalar həm ABŞ-nin, həm də Ermənistanın enerji təhlükəsizliyini, eləcə də çox sayda iş yerinin açılmasını təmin edəcək", - o qeyd edib.

Digər xəbərlər