ABŞ prezidenti türkiyəli həmkarına təşəkkür edib

ABŞ vətəndaşı, NASA-da (ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi) işləyən Serkan Gölge ölkəsinə ekstradisiya edilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, FETÖ-yə bilərəkdən yardım etməkdə təqsirli bilinərək 4 il 12 ay azadlıqdan məhrum edilən S.Gölge sərbəst buraxılıb.

ABŞ prezidenti Donald Tramp bununla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Cənab Ərdoğana təşəkkür edirəm. Biz bu məsələni müzakirə etmişdik”.

S.Gölge həbs edilməzdən əvvəl NASA-da Mars layihəsində işləyib.

Digər xəbərlər