Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə aktiv rol oynayıb"

Bakı. 23 may. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə aktiv rol oynayıb".

"Report"un məlumatına görə, bunu həftəlik brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İlk skripka rolunda oynamaq kimi arzumuz yoxdur. Bütün hallarda arzumuz münaqişəni qəbul edilmiş sivil qaydalara uyğun real səmərəsinin olmasına yaxınlaşdırmaqdır”, - M.Zaxarova əlavə edib.

O vurğulayıb ki, Rusiya münaqişənin həlli işində "bütün tərəflərlə sıx əlaqədə" aktiv iştirak edəcək.

Digər xəbərlər