Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına ikigünlük səfəri çərçivəsində Cıdır düzündə (Şuşa şəhəri, Qarabağ bölgəsi) olublar.
Bu barədə "Report"un əməkdaşı Şuşa şəhərindən xəbər verir.
Qonaqlar bu ərazinin tarixi-mədəni əhəmiyyəti və Cıdır düzündən açılan mənzərələrlə tanış olublar.
Cıdır düzü Şuşanın əsas görməli yerlərindən və şəhərin rəmzlərindən biri hesab olunur.