​Uorlik: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir"

Bakı. 7 iyul. REPORT.AZ/ "Vaşinqtondakı görüşlər zamanı həmsədrlər ABŞ-dan eşitdilər ki, biz münaqişənin həlli istiqamətində Rusiya və Fransa ilə birgə fəaliyyət prosesinə sadiqik".

"Report" xəbər verir ki, bu barədə öz "twitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

Xatırladaq ki, iyulun 6-da vasitəçilər Vaşinqtona gəliblər. Onlar burada Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr planlaşdırıblar.

Digər xəbərlər

Azərbaycanda Anım Günüdür 27 sentyabr, 2026 / 00:00