Şəhid Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb 

Ermənistan tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Məmmədov Nahid Hüseynağa oğlu dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunun Vənlik kənd sakini, 1989-cu il təvəllüdlü şəhidin nəşi doğulduğu kəndə gətirilib.

Vida mərasimindən sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər xəbərlər