"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtonda keçirilən görüş ABŞ-ın həmsədr ölkə kimi yenidən məsələyə maraq göstərməsindən xəbər verir".
Bunu "Report"a Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.
"Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün özü çox müsbət məqamdır. Çünki həmsədr ölkələrin hamısı münaqişənin tezliklə həll edilməsini vacib sayır. Hamı status-kvonun qəbuledilməz olduğunu anlayır və hamı münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Bu, Vaşinqtondakı görüşün ən böyük nəticəsidir", - səfir bildirib.