Bakı. 19 noyabr. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a daxil olan açıqlamada bildirilib ki, dünyanın bütün münaqişə zonalarında olan qaçqın və məcburi köçkünlərdən fərqli olaraq ölkəmizdə bu kateqoriyadan olan insanlara ölkə Prezidenti İlham Əliyev tərəfindən daimi yüksək diqqət və qayğı göstərilir: “Lakin təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan sui-istifadə edirlər. Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir. Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər. Dövlətqaçqınkom bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”.
Qaçqınkom məcburi köçkünlərə xəbərdarlıq edib
Digər xəbərlər
Şəhid Şöhrət Həsənova həsr edilən Bir şəkil sənədli filminin təqdimatı olub
27 oktyabr, 2026 / 17:41
Emin Hüseynov: Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər
27 oktyabr, 2026 / 17:07
Emin Hüseynov: Xocavəndin 78,32%-i minalardan hələ də təmizlənməyib
27 oktyabr, 2026 / 16:10
Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər
26 oktyabr, 2026 / 17:18
Xocavənd və Ağdərəyə yeni köçürülən ailələrə evlərin açarları təqdim edilib - Yenilənib-2
23 oktyabr, 2026 / 13:09
Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq
22 oktyabr, 2026 / 14:46
Ağdərə sakini: 11 yaşımda tərk etdiyim Vəngli kəndinə yenidən qayıtmaq çox qürurvericidir
22 oktyabr, 2026 / 13:50
Alman turist: Bakıda Qarabağda şəhid olanların xatirəsinə ucaldılmış abidəni gördüm
20 oktyabr, 2026 / 19:06
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
20 oktyabr, 2026 / 17:09
Məmmədbəyli kənd sakini: Zəngilanda bizim üçün təsəvvür etmədiyimiz qədər əla şərait yaradılıb
20 oktyabr, 2026 / 14:37
Zəngilan Şəhəri Günü ilk dəfə silsilə tədbirlərlə qeyd olunur
20 oktyabr, 2026 / 13:47
Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub
19 oktyabr, 2026 / 12:46
Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir
10 oktyabr, 2026 / 14:30
İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
10 oktyabr, 2026 / 14:05
Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar
10 oktyabr, 2026 / 13:20
Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək
10 oktyabr, 2026 / 11:06
Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər
10 oktyabr, 2026 / 11:05
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
10 oktyabr, 2026 / 11:05