​Minsk qrupunun amerikalı həmsədri ABŞ-da erməni icmasının təmsilçiləri ilə görüşüb

Bakı. 5 may. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Ay data" təşkilatının Amerikadakı ofisində erməni icmasının təmsilçiləri ilə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, görüş iştirakçıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

İnformasiyaya əsasən, tədbirdə "Daşnaksütyun" Partiyasının təmsilçiləri Hayk Oşakyan və Taron Ter-Xaçatryan, "Ay Data" komissiyasının sədri Raffi Ambaryan və qurumun hökumətlə əlaqələr şöbəsinin direktoru Keyt Naapteyan iştirak ediblər. 

Digər xəbərlər