Jurnalist cəbhəyə xəbər üçün getdi, xəbər oldu

"Biz xəbər dalınca getdik, xəbər olduq".

Bu fikirləri "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına AZTV-nin əməkdaşı Elnur Tofiq bildirib.

O qeyd edib ki, telekanalın çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına düşmən tərəfindən top mərmiləri atılıb. Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov yaralanıb, avtomobilə ciddi ziyan dəyib.

E.Tofiq vurğulayıb ki, hadisə zamanı daha bir mülki şəxs də xəsarət alıb:

"Biz həmin mülki şəxsi tez xəstəxanaya çatdırdıq, onun həyatını xilas etdik".

Foto/Video: Elçin Murad

Digər xəbərlər