ATƏT-in MQ həmsədrləri Berlində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər

Bakı. 11 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Berlinə gediblər. "Report" xəbər verir ki, bu barədə ATƏT-in MQ amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib. 

Onun sözlərinə görə, həmsədrlər Almaniyanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcəklər.

Digər xəbərlər