Fransanın dövlət katibi Ermənistanın XİN başçısı ilə Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 20 dekabr. REPORT.AZ/ Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransanın xarici işlər üzrə dövlət katibi Jan-Batisti Lemunla görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edib.

“Report” “Novosti-Armenii”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi də aparıblar. 

Digər xəbərlər