Ernesto Toni: "UNESKO nümayəndələrinin Qarabağa ekspert kimi getməsi üçün təhlükəsizlik təmin olunmalıdır"

"Biz münaqişə tərəflərindən təhlükəsizliyi təmin etmələrini istəyirik. Belə olan halda UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər".

"Report" xəbər verir ki, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında UNESKO-nun Baş direktorunun müavini Ernesto Toni deyib.

Onun sözlərinə görə, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: "Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bundan başqa, regionda tərəflərin iradəsi olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz".

Digər xəbərlər