Elmar Məmmədyarov Bratislavaya yola düşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.

Qeyd edək ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryanın görüşü keçiriləcək. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

Digər xəbərlər