"Azərbaycanın qarşısında duran ən böyük vəzifə ərazi bütövlüyünü bərpa etməkdir".
“Report” xəbər verir ki, bunu “Pandemiyadan sonrakı dövrdə Azərbaycan – Belarus münasibətləri” vebinarında Beynəlxalq Münasibətlərinin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov bildirib.
“Ölkəmiz qarşısında çətin vəzifələr durur. Qeyri-neft sektoru şaxələndirilməli, burada ixracatın səviyyəsi artırılmalıdır. Bununla yanaşı, torpaqların işğal altında qalması da regional əməkdaşlıq üçün əlverişli şərait yaratmağı əngəlləyir. Bu münaqişə xalqlara yox, yalnız müəyyən qüvvələrə sərf edir”, – ekspert deyib.
O, Azərbaycan üçün ikitərəfli əlaqələrin xarici siyasətdə öncül məsələlərdən biri olduğunu da diqqətə çatdırıb: “Bu baxımdan Belarusla münasibətlər xüsusi əhəmiyyət daşıyır və hərtərəfli inkişafa yönəlir”.