Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi Hayk Xaçatryan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə Dağlıq Qarabağın şimal-şərqində baş verib.
Hərbçinin hansı şəraitdə yaralandığı məlum deyil.
Hospitala yerləşdirilən H.Xaçatryanın vəziyyətinin ağır olduğu bildirilib.
Məlumata görə, onun görməsində problem var.
Faktla bağlı araşdırma aparılır.