Bakı. 6 may. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-da səfərdə olan Ermənistan prezidenti Serj Sargsyanla görüşüb. "Report" xəbər verir ki, amerikalı həmsədr bununla bağlı özünün Tvitter səhifəsində məlumat yerləşdirib. Görüş Vaşinqtonda keçirilib.
C.Uorlikin sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi müzakirə olunub.