Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir

Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.

Xəbər lenti

İranda limanda partlayış olub 26 aprel, 2025 / 13:18