Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin iki hərbi obyekti dağıdılıb - VİDEO

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin iki hərbi obyektini dağıdıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.

Digər xəbərlər