Bakı. 8 dekabr. REPORT.AZ/ "Biz təəssüf edirik ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Bazeldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclası çərçivəsində görüş keçirə bilməyiblər".
"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib.
Onun sözlərinə görə, dialoq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsas tərkib hissəsidir.