“Bu ilin birinci rübün göstəricilərinə görə, ölkə iqtisadiyyatının əldə etdiyi nailiyyətlər müsbətdir. Düşünülmüş siyasət insanlarımızın sağlamlığıının qorunmasına yönəlib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.
Spiker qeyd edib ki, Prezident çıxışında struktur islahatlarına da toxundu: “Mən əmin etmək istəyirəm ki, Prezident İlham Əliyevin Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr bundan sonra da davam edəcək”.