Soltan Məmmədov: “Əmək bazarında ayrı-seçkiliyə məruz qalanlar sırasında irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlar da var”

“Əmək bazarında ayrı-seçkiliyə məruz qalanlar sırasında irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlar da var”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, onların səhhətindəki nə fiziki aktivliyi və iş qabiliyyəti baxımından heç bir maneə yaratmır, nə də ünsiyyətdə olduğu şəxslər üçün təhlükə mənbəyidir, çünki bu xəstəliklərin yoluxuculuq xüsusiyyəti yoxdur.

S.Məmmədov vurğulayıb ki, əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin ayrılması nəzərdə tutulur:

“Qanunun bu tələbinə lazımi səviyyədə riayət etməyən, əlilliyi müəyyən edilmiş şəxsləri işə götürmək istəməyən qurumlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə diqqətin daha da artırılmalıdır. Eyni zamanda bu istiqamətdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi də məqsədəuyğun olardı”.

Digər xəbərlər