“Azərbaycanda belə bir başlanğıc götürülüb ki, ölkədə aparılan islahatlar davamlı şəkildə olacaq. Həmçinin regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması planda var”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin yaz sessiyası üçün ilk iclasında deyib.
“Prezident İlham Əliyev bu yaxınlarda televiziya kanallarına verdiyi son müsahibəsində bu il üçün regional strukturlarda ciddi islahatların gözlənildiyini bir daha xatırladıb. Güman edirəm ki, 2023-cü ildə bizim qarşımızda çox böyük vəzifələr durur. Bununla bağlı dinləmələr keçirəcəyik”.