Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.
Milli Məclisin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
İclaslarda AŞPA-nın xarici əlaqələri, Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyin Gürcüstana keçməsi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Səməd Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.