Qanunsuz dini təbliğatla məşğul olanlar barəsində cinayət işi başlanıb

Ötən il qanunsuz dini təbliğatla məşğul olan 12 nəfər barəsində cinayət işi başlanıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, 54 nəfər barəsində inzibati tənbeh tədbirləri görülüb:

“O cümlədən 12 nəfər inzibati qaydada həbs edilib. Həmin şəxslərdən 627 ədəd dini ədəbiyyat, broşura, jurnal buklet, 249 ədəd audio və video disk, digər dini əşyalar aşkar edilərək götürülüb.

Digər xəbərlər