Parlament Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqləyəcək

Parlament Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqləyəcək.

"Report"un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasının gündəliyinə daxil edilib.

Komitə iclası sentyabrın 16-da baş tutacaq.

Daha sonra məsələ MM-in plenar iclasında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər