"Ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır".
"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ölkədə çevik təhsil proqramları tətbiq olunmalıdır: "Hesab edirəm ki, çevik yanaşma mühüm şərtdir".