MM Azərbaycanın Somali və Uqanda ilə vizadan qarşılıqlı azad edilməsi sazişlərini təsdiqləyəcək

Milli Məclis Azərbaycanın Somali və Uqanda arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında müvafiq sazişləri təsdiqləyəcək.

"Report" xəbər verir ki, bu barədə müvafiq qanun layihələri parlamentin payız sessiyası üzrə dekabrın 30-da keçiriləcək sonuncu plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, iclasın gündəliyində, ümumilikdə, 15 məsələnin müzakirəsi var.

Digər xəbərlər