Milli Məclis (MM) sədrinin I müavini, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məhkəmə hakimi vəzifəsinə gənc kadrların gətirilməsi məsələsinə aydınlıq gətirib.
“Report”un məlumatına görə, Əli Hüseynli hüquq-mühafizə orqanlarında çalışan gənclərin sayının çox olduğunu xatırladıb.
O qeyd edib ki, hakim olmaq üçün namizədliyi irəli sürülən şəxslərin qanunvericilik baxmından irəli çəkilməsinin səbəbi üç ildən sonrakı qiymətləndirmənin müsbət olmasıdır:
“Bura dəvət olunan şəxslər gənc olduğuna görə deyil, ən müsbət nəticə aldıqlarına görə təyin olunublar. Çünki hakimlər təyin edilərkən təqdim olunan şəxsi məlumatlar araşdırılır. Ola bilər ki, fəaliyyətləri dövründə bəzi nöqsanlara yol versinlər. Belə faktlar hər bir dövlət müəssisəsində ola bilər. Lakin ciddi nöqsanı olan hakimlər burada namizəd ola bilməz”.