Milli Məclisin (MM) deputatı Mixail Zabelin Rusiya Dövlət Dumasının təşkilatçılığı ilə “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyalar və blokların qarşılıqlı əlaqələrinin rolu” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 18-dən 23-dək Moskvada səfərdə olacaq.
Bu barədə "Report"a MM-in Mətbuat Xidmətindən məlumat verilib.
Konfransdan sonra deputat Moskvada keçiriləcək 10-cu Azərbaycan-Rusiya Regionlararası Foruma da qatılacaq.