Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Məşğulluq haqqında" qanun layihəsi müzakirə olunub.
"Report"un xəbərinə görə, qanun layihəsi barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.