Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələni qəbul edib.
“Report”un xəbərinə görə, sənəd deputatların müzakirəsindən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
11:01
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirə edilir.
“Report”un xəbərinə görə, sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.
Daha sonra isə illik məlumat ətrafında deputatlar çıxış edəcəklər.