“Azərbaycanda kölgə iqtisadiyyatının azalması, şəfaflığın stimullaşdırılması ilə bağlı böyük bir qanunvericilik paketi Milli Məclisə daxil olacaq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, kapital və əmlakın amnistiyası ilə bağlı ciddi hazırlıqlar görülür.