Hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək.
"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib.
Komitənin sədri Arzu Nağıyev bildirib ki, cəmiyyətdə səfərbərlik və hərbi xidmətkeçmə haqqında çoxsaylı suallar var:
"Bunlara aydınlıq gətirilməsi vacibdir. Komitənin təşkilatçılığı ilə keçiriləcək dinləməyə müvafiq qurumların təmsilçiləri də dəvət ediləcək".