Bakı. 8 may. REPORT.AZ/ “Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr normaldır. Mövqelərimizdə üst-üstə düşməyən məsələ Dağlıq Qarabağ məsələsidir”.
“Report”un xəbərinə görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında komitənin həmsədri Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, digər məsələlər bağlı əməkdaşlıq davam edəcək: “İqtisadi əlaqələr daha da inkişaf etdiriləcək, müqavilələr imzalanacaq”.