Konstitusiya xalq və hakimiyyət arasındakı razılaşmadır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sentyabrın 19-da parlamentdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan dövləti və xalqı suverenlik təntənəsi yaşayıb:
"Azərbaycanın suverenliyi tamamilə təmin edilib. Biz bugünkü sabitlik və konstitusiyamızın inkişafı ilə qürur duya bilərik".
Ə.Hüseynli müasir dövlətçilik anlayışında suverenliyin əsas mənbəyinin xalq olduğuna da diqqət çəkib.