Əli Hüseynli: “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı gələcəkdə yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur”

“Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında imzaladığı fərmanının icrası ilə bağlı gələcəkdə də yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur”.

“Report“ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dəyişiklik layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək: “Proses iştirakçılarına da alternativ ekspert rəyi almaq üçün səlahiyyət verilir. Həm təcrübəli özəl mütəxəssislərin cəlb edilməsi yolu ilə həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizası keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılması müddət də azalacaq”.

Digər xəbərlər