Deputatlar Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə tanış olacaqlar

Milli Məclisin deputatları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyəti ilə tanış olacaqlar.

“Report”un xəbərinə görə, bu barədə parlamentin Aqrar siyasət komitəsinin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb.

AQTİ-nin fəaliyyəti ilə tanışlıq yaz sessiyası müddətində baş tutacaq.

Xatırladaq ki, bu məsələ komitənin bugünkü iclasında müzakirə çıxarılır.

Digər xəbərlər