Deputat: “MDB-də ikinci bir ölkə tanımıram ki, səhiyyə sahəsində bu qədər dövlət proqramı olsun”

"Səhiyyə sahəsində 15-dən çox dövlət proqramı var. Azərbaycanın dövlət büdcəsinin 189 milyonu bu proqramların həyata keçirilməsinə sərf olunub”.

“Report”un xəbərinə görə, bunu deputat Rafiq Məmmədhəsənov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, ötən il şəkərli diabetlə bağlı proqrama 36 milyon, bu il isə 44 milyon vəsait ayrılıb: “Keçən il onkoloji xəstəliklərin müalicəsinə 40 milyon, bu il isə 44 milyondan çox vəsait ayrılıb. İkinci bir MDB ölkəsi tanımıram ki, səhiyyə sahəsində bu qədər dövlət proqramı olsun. Dövlət geniş yayılmış xəstəliklərin müalicəsini üzərinə götürür. Bu da xalqa qayğıdır”.

Digər xəbərlər