“Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.
O qeyd edib ki, bulaq suyunun həyətlərə çəkilməsi yolverilməzdir: “Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”.