Deputat Azərbaycanın Hərbi doktrinasının dəyişdirilməsini təklif edir

“Azərbaycanın Hərbi doktrinasına dəyişiklik etmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib: “Bu, Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycanın Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacibdir”.

Digər xəbərlər