Bahar Muradova: “Keçdiyimiz yola baxarkən qürurlanırıq”

“Bu gün Azərbaycan dünyada sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”.

“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, beynəlxalq qruplar vasitəsi ilə xarici əlaqələrin qurulmasında iştirak edilir: “Biz keçdiyimiz yola baxarkən qürur hissi keçiririk”.

MM sədrinin müavini xatırladıb ki, o zaman Azərbaycanın müstəqilliyini itirmə təhlükəsi var idi: “Azərbaycan xalqının maraqlarına uyğun gəlməyən fəaliyyəti bizi çox çətin vəziyyətə saldı. Heydər Əliyevin xalq tərəfindən Bakıya çağırılması düzgün qərar idi. O qərarı həmin dövrün şərtləri diqtə edirdi. Heydər Əliyev o zaman xalqın səsinə səs verdi. Heydər Əliyev Azərbaycanı o çətin vəziyyətdən, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Heydər Əliyev Azərbaycanı bu ağır durumdan xilas edərək inkişaf yoluna qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir”.

Digər xəbərlər